İran polisi ölkənin Əlborz vilayətində İsrailə casusluq edən 2 nəfəri həbs edib. Həmin şəxslərin evlərində aparılan axtarış zamanı xüsusi xidmət orqanlarından aldıqları təlimat, xəritələr, partlayıcı maddələr və onların hazırlanması üçün ləvazimatlar götürülüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilkin dindirmə zamanı həbs olunanlar casusluq etkilərini etiraf ediblər və onların ifadələri alınıb.
Bu gün İran Milli Polis Təşkilatının rəisi general, Əhmədrza Radani Tehranda keçirdiyi mətbuat konfransında vətəndaşları diqqətli olmağa çağırıb. O qeyd edib ki, bu ağır günlərdə vətəndaşlar şübhəli bildikləri hər bir adam haqqında xəbər verərək, casuslara qarşı mübarizədə polisə yardım etməlidirlər.
General deyib ki, Tehranın bəzi məhəllələrində kirayə evlərdə yaşayanlar yoxlanılır. Yerli əhaliyə öz məhəllələrində tanımadıqları adam və ya şübhəli hərəkətlər gördükdə təcili olaraq polisə xəbər vermələri bildirilib.
General nəzərə çatdırıb ki, ölkə ərazisində bəzi partlayışlar satqınların köməyi ilə həyata keçirilib.
Bu saatlarda Tehranın bir sıra məhəllələrində avtomobillər partlayıb. Şəhərin kanalizasiya sisteminə böyük zərər vurulub. Boruların partlaması nəticəsində Tehranın bir sıra küçələrini çirkab su basıb.
Bütün xəbərlər Facebook səhifəmizdə