Gəlin, Yaxın Şərqdə, Ukraynada və bütün dünyada sülh üçün dua edək.
SİA xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı deyib.
Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insan qarşısında çıxışında Papa Leo beynəlxalq ictimaiyyətdən döyüşlərin dayanması, mülki insanların qorunması, sülh naminə dialoqa başlanması və ciddi humanitar böhrandan zərər çəkmiş əhaliyə zəruri yardımların göstərilməsi üçün səyləri əsirgəməməyi xahiş edib. Bildirib ki, dünyada davamlı sülhün təmin olunması yollarına böyük ehtiyac var.
Roma Papası, həmçinin Myanmada sülh üçün inklüziv dialoqa çağırıb, Nigeriyada zorakılıq qurbanları və Sudanda partlayış nəticəsində öldürülən kilsə keşişi ilə bağlı başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə