Rusların mayeləşdirilmiş təbii qaz satışına da qadağa qoyulur...

Məhdudiyyət 2026-cı il yanvarın 1-dən qüvvəyə minə bilər...

...Avropa Komissiyası (AK) Avropa mayeləşdirilmiş təbii qaz (LNG) terminallarının Rusiyadan gələn müştərilərə xidmət göstərməsini qadağan edəcək, məhdudiyyət potensial olaraq 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu, Avropa İttifaqının icra orqanının ittifaqa üzv ölkələrin Rusiyanın enerji resurslarının idxalını qadağan etməsi ilə bağlı reqlament layihəsində deyilir.

SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir.

İyunun 17-də dərc olunması planlaşdırılan sənəddə deyilir ki, Avropa Komissiyası 2026-cı il iyunun 17-dək mövcud müqavilələr üzrə bir illik möhlət verməyə hazırdır.

Rusiya Federasiyası ilə uzunmüddətli müqavilələr çərçivəsində Avropa İttifaqının mayeləşdirilmiş təbii qaz terminallarının Rusiya müştərilərinə xidmətlərin göstərilməsinin dayandırılması üçün son tarix 31 dekabr 2027-ci ildir.

Bu layihədə deyilir.

Reuters xəbər verir ki, Avropa Komissiyası nümayəndəsi sənəd rəsmi dərc olunana qədər vəziyyəti şərh etməkdən imtina edib. Bundan əlavə, Avropa Komissiyası layihəsinə əsasən, Avropa qaz idxalçılarından qazın Rusiyaya aid olmadığını sübut etmək üçün xammalın mənşəyi haqqında məlumat açıqlaması tələb olunacaq.

Bu tədbirin məqsədi Avropa İttifaqı və onun üzv dövlətlərinin gömrük və enerji orqanlarına qadağaya riayət olunmasına nəzarət etmək imkanı verməkdir.

...Qazın Rusiya mənşəli olmasının açıq-aşkar hesab oluna biləcəyi hallar istisna olmaqla, təklif idxalçılardan idxal olunan qazın mənşəyi ilə bağlı sənədləri gömrük orqanlarına təqdim etməyi tələb edir.

Bu da sənəddə deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə