İsrailin İrana zərbələri nəticəsində 78 nəfər ölüb, 320-dən çox yaralı var”. SİA xəbər verir ki, bunu İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının təcili iclasında deyib. Diplomat İsrailin hücumlarını “müharibə elanı” adlandırıb: “İndiki vəziyyətdə İsrail rejimini dəstəkləmək hərbi cinayətləri, insanlıq əleyhinə cinayətləri, habelə qlobal sülh və təhlükəsizliyin qəsdən pozulmasını dəstəkləməkdir”. Diplomat xüsusilə qeyd edib ki, zərbələrin hədəflərindən biri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olan Nətənzdəki nüvə obyekti olub. O, nəticələri İrandan çox uzaqlara çıxa biləcək potensial radioloji fəlakət barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə