Çin şirkəti xəstəlik məzuniyyəti almaq cəhdinə görə işçinin maaşını kəsir

...Çinin Zhejiang əyalətində yerləşən Xançjou şəhərində geniş ictimai rezonansa səbəb olan insident baş verib. Vision Entertainment şirkətinin əməkdaşı səhhətinin pisləşməsi ilə əlaqədar xəstəlik məzuniyyəti tələbi ilə onun rəhbərliyinə müraciət etsə də, rədd cavabı alıb və maaşının bir hissəsindən məhrum edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qadın hərarətinin kəskin yüksəldiyini və ümumi halsızlıq hiss edib. Buna görə də onun birbaşa rəhbərindən sağalması üçün ona qısamüddətli məzuniyyət verilməsini xahiş edib.

Tələbinə cavab olaraq, işçi təhqiredici şəkildə ifadə edilən imtina, habelə psixiatrdan məsləhət almaq tövsiyəsi alıb.

Çin Xalq Respublikasının əmək qanunları işçilərin ödənişli xəstəlik məzuniyyəti hüququnu təmin etsə də, işçinin hesabı bloklanıb və maaşının bir hissəsi saxlanılıb.

Hazırda rayon İnsan Resursları və Sosial Təminat Bürosu hadisə ilə bağlı şəraitlə bağlı araşdırmalara başlayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə