Kaliforniyada benzinlə işləyən avtomobillərə qoyulan qadağa ləğv edilib...
ABŞ prezidenti Donald Tramp Kaliforniyada benzinlə işləyən yeni avtomobillərin satışına tədricən qadağa qoyulmasını qadağan edən qətnamə imzalayıb.
Ştatda belə avtomobillərin alınmasına tam qadağa 2035-ci ildə qüvvəyə minməli idi.
SİA-nın məlumatına görə, bu qətnamə ilə yanaşı, Tramp daha iki sənəd imzalayıb.
Birincisi, orta və ağır dizellə işləyən avtomobillərin satışının mərhələli şəkildə dayandırılması qaydaları ləğv edilir. İkinciyə əsasən, Birləşmiş Ştatlar yük maşınlarının işlənmiş tullantılarının azaldılması ideyasından imtina edəcək.
Tramp qeyd edib ki, ölkənin hər bir sakini istədiyi avtomobili almaq hüququna malik olmalıdır.
...Elektrik almaq istəyirsinizsə, elektrik ala bilərsiniz.
Bunu deyən Tramp özünün də daxili yanma mühərriklərinə üstünlük verdiyini qeyd edib.
Kaliforniya hakimiyyəti qərara məhkəmədə etiraz edəcəklərini açıqlayıb.
Ştat baş prokuroru Rob Bonta mətbuat konfransında deyib ki, “federal hökumətin hərəkətləri təkcə qanunsuz deyil, onlar irrasionaldır və son dərəcə partizandır”.
Bonta bildirib ki, Donald Tramp birbaşa olaraq insanların sağlamlığına zərər verir.
Associated Press xəbər verir ki, Kaliforniya artıq Tramp administrasiyasına etiraz edən 20-dən çox məhkəmə prosesinə qarışıb.
Bundan əvvəl ştatın qubernatoru Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi qərarı ilə bağlı Ağ Evi məhkəməyə verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə