Maskın hərəkətləri Trampa təsir edib...

...Amerikalı milyarder İlon Mask dediyi sözlərə görə peşman olduğunu bildirəndə "çox gözəl" idi.

ABŞ prezidenti Donald Tramp iş adamının hərəkətlərini belə qiymətləndirib.

SİA xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.

...Düşünürəm ki, bu, çox gözəl idi, – deyə dövlət başçısı Maskın onların münaqişəsində səhv etdiyini etiraf etməsinə münasibəti ilə bağlı suala cavab verib.

Mask daha əvvəl Trampla bağlı onlayn yazılarına görə peşman olduğunu bildirib.

O hesab edir ki, onların sosial mediada şifahi mübahisəsi “həddindən artıq uzağa” gedib. Öz növbəsində, biznesmenlə barışıq imkanı ilə bağlı sualı cavablandıran Tramp deyib ki, hadisələrin bu cür inkişafını istisna etmir.

Ağ Ev rəhbəri Maska qarşı kin saxlamadığını vurğulayaraq milyarderin büdcə layihəsinə qəzəbli reaksiyasından daha çox təəccübləndiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə