Moskva vilayətinin Çexov şəhərində polis ticarət mərkəzi yaxınlığında baş vermiş kütləvi davadan sonra 32 miqrantı saxlayıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Telegram-kanalında məlumat verilib.
Hər şey bazar ertəsi, iyunun 9-da baş verib.
Bir neçə kişi arasında mübahisə olub, sonradan davaya çevrilib. Münaqişə iştirakçılarının bəzilərinin improvizə vasitələrdən - kürək və daşlardan istifadə etdiyi dəqiqləşdirilir.
Şahidlərin bildirdiyinə görə, iştirakçıların sayına baxmayaraq, yalnız iki nəfər xəsarət alıb.
Bundan əvvəl Moskva vilayətində azyaşlını vuran traktor sürücüsünün meyiti gizlətməyə cəhd etdiyi bildirilirdi.
Onun barəsində cinayət işi açılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə