Yerli sakinlər böyük tüstü sütununun olduğunu bildirirlər...
...İyunun 11-də günorta saatlarında Saratov vilayətinin Engels şəhərində güclü partlayış baş verib. Yerli sakinlər böyük tüstü sütununun olduğunu bildirirlər.
SİA-nın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır. Ruslar partlayışın 9-cu Mərkəzi Avtomobil Təmiri Zavodunda baş verə biləcəyini iddia edirlər.
Məlumdur ki, bu zavod Kristall neft bazasından cəmi 2 kilometr aralıda Engels aviabazasının yaxınlığında yerləşir. Digər mənbələrə görə, partlayış Kristalldan 5 kilometr aralıda yerləşən "RusKon-S" boru kəməri fitinqləri istehsalı zavodunda baş verə bilərdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə