Rutte Rusiya ilə bağlı söylədiyi fikirlərə görə Britaniyada tənqid edilib

Ruslar olmasaydı, NATO-nun baş katibi Mark Rutte almanca danışardı. Britaniyalı siyasətçi Corc Qellouey alyans rəhbərinin guya Rusiya təhlükəsi və hərbi xərclərin artırılması ilə bağlı sözlərini belə qiymətləndirib.

Siyasətçi sosial şəbəkədə Ruttenin açıqlamalarına münasibət bildirib.

...Ölkəsi nasistlərə cəmi 48 saat müqavimət göstərdi!.

Bunu Corc Qellouey yazıb.

...Bir müddət əvvəl Böyük Britaniyanın Sosial Demokrat Partiyasının lideri Uilyam Kluston Rusiya haqqında dediyi sözlərə görə Rutteni həyasız axmaq adlandırmışdı. Siyasətçinin fikrincə, NATO baş katibinin ÜDM-in beş faizini müdafiəyə xərcləmək və ya “rus dilini öyrənmək” çağırışları “onun Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarına qəzəblənməsini” xatırladır.

Alyans rəhbəri Rusiyanın guya 2029-cu ilə qədər alyans ölkələrinə hücum edə biləcəyi ilə bağlı fikirlərini bildirib. Eyni zamanda, o, qeyd edib ki, Rusiya bütün NATO ölkələrinin birləşdiyindən dörd dəfə çox sursat istehsal edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə