Husilər İsrail hava limanına zərbə endirdilər

Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdə yerləşən İsrailin Ben Qurion hava limanına iki ballistik raketlə zərbə endiriblər. SİA xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria "Telegram" kanalında məlumat verib. O bildirib ki, raketlərdən biri hava limanının ərazisinə düşüb. İyunun 3-nə keçən gecə Saria husilərin Ben Qurion hava limanını ballistik raketlə vurduğunu iddia edib. O, əməliyyatın “məqsədinə uğurla çatdığını” və hücum nəticəsində hava limanının fəaliyyətinin dayandırıldığını iddia edib. Husilər son aylarda vaxtaşırı İsrail hava limanına hücum edir. Bu hücumlardan birinə cavab olaraq İsrail hərbçiləri Yəməndə üç limana zərbələr endiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə