Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyada bir sıra hallarda icazəsiz axtarışlar, həmvətənlərə qarşı hörmətsizlik və kobud rəftardan narahatdır. SİA xəbər verir ki, bu barədə ÖzbəkistanXİN-in mətbuat katibi Axror Burxanov özünün "Telegram" kanalında yazıb. Burxanovun sözlərinə görə, Özbəkistan Xarici İşlər Nazirliyində Rusiya tərəfi ilə miqrasiya məsələləri ilə bağlı keçirilən görüşdə belə halların ölkələr arasında dostluq münasibətləri ilə bir araya sığmadığı bildirilib. Daşkənd belə hadisələrin qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırır.

"Özbəkistan tərəfi beynəlxalq hüquqa və bütün vətəndaşlar üçün insan hüquqlarına riayət olunmasını təmin etməyə çağırır", - Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir. Bundan əlavə, Moskvadakı vəziyyətlə əlaqədar Özbəkistan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə təhlükəsizlik agentliyinin nümayəndələrinin hərəkətlərinə hüquqi qiymət verilməsi tələbi ilə nota göndərib. Özbəkistan Xarici İşlər Nazirliyi zəruri hallarda əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə