...Agentliyin saytında yerləşdirilmiş Rusiya Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, 2025-ci ilin ilk beş ayı üçün federal büdcə kəsiri 3,393 trilyon rubla çatıb. Yayımlanan məlumatlara görə, may ayında bu rəqəm təxminən 160 milyard artıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi aydınlaşdırıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə indi 2,663 trilyon rubl azdır.
Həmçinin, orada da, yanvar-aprel aylarının yekunlarında olduğu kimi, yenə də qeyd ediblər ki, cari büdcə kəsiri göstəriciləri ilk növbədə yanvarda xərclərin qabaqcıl maliyyələşdirilməsi, eləcə də neft-qaz gəlirlərinin azalması ilə bağlıdır, lakin bu, “2025-ci il üçün struktur balansının hədəf parametrlərinin icrasına təsir etməyəcək”.
Rusiyanın neft və qaz gəlirlərindəki azalma, çərşənbə axşamı da məlum olduğu kimi, may ayında daha da sürətləndi.
İllik göstəricidə azalma 14,4 faiz təşkil edib. Bunun fonunda Dövlət Duması ikinci oxunuşda ölkənin büdcə kəsirinin hazırkı 1,173 trilyon rubldan 3,792 trilyona qədər artırılmasını təsdiqləyib.
Nazirlər Kabineti müvafiq qanun layihəsini mayın 12-də deputatların müzakirəsinə təqdim edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə