Maqnit fırtınaları Starlink peyklərinin erkən deorbitinə səbəb ola bilər. SİA-nın məlumatına görə, bu barədə arXiv preprint platformasında dərc edilən araşdırmada deyilir.
...Nəticələrimiz aydın şəkildə göstərir ki, geomaqnit aktivliyi yüksəldikdə peyklər atmosferə yenidən daha sürətli daxil olurlar.
Bunu tədqiqatçılar qeyd ediblər.
NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin mütəxəssisləri günəş aktivliyinin aşağı Yer orbitində peyklərin xidmət müddətinə təsiri ilə bağlı araşdırma aparıblar.
Məlum olub ki, peyklər, xüsusən də Starlink cihazları geomaqnit qasırğalarına əhəmiyyətli dərəcədə həssasdırlar ki, bu da onların vaxtından əvvəl orbitdən çıxmasına səbəb ola bilər.
Starlink peyklərinin ömrü adətən təxminən 5 il olur, bundan sonra onlar öz mühərriklərini orbitdən çıxarmaq və atmosferdə yanmaq üçün istifadə edirlər.
Bununla belə, geomaqnit qasırğaları nəticəsində zədələnmiş peyklər Yerə düşə bilər.
Mütəxəssislər hesablayıblar ki, geomaqnit qasırğaları zamanı 300 kilometrdən az yüksəklikdə yerləşən peyklər gözləniləndən 10 gün tez yanır.
Bu, avadanlığın atmosferdə yanmağa vaxtının qalmaması və Yer səthinə çatması ehtimalını artırır. Hazırda Starlink peykinin düşməsi ilə bağlı yalnız bir məlum hadisə var: 2024-cü ilin avqustunda avadanlığın bir hissəsi Kanadada fermaya enib.
Bunu Lenta.ru yazır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə