ABŞ-ın Boston şəhərində də etiraz aksiyası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yüzlərlə insan Los-Ancelesdə Milli Qvardiya əsgərlərinin yerləşdirilməsinə və Həmkarlar İttifaqının lideri David Huertanın saxlanmasına etiraz etmək üçün Boston şəhərində meriyanın meydanına toplaşıblar.
İnsanlar əllərində “Massaçusets Los-Ancelesdəki qonşularımızla birlikdədir” və “İmmiqrant qonşularımızı qoruyun” sözləri yazılmış lövhələr tutublar.
Etirazçılar aksiyaları dayandırmaq üçün Prezident Trampı hərbçilərin yerləşdirilməsi planlarınından əl çəkməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB