Madridin mərkəzində minlərlə insan İspaniyanın Baş naziri Pedro Sançes hökumətinə və hakim Sosialist Fəhlə Partiyasına qarşı etiraz aksiyası keçirib. SİA-nın “Qardian”a istinadən verdiyi xəbərə görə, aksiyanı müxalifətdə olan Xalq Partiyası təşkil edib. Bölgədəki mərkəzi hökumətin nümayəndə heyətinin məlumatına görə, mitinqdə 45-50 min nəfər iştirak edib. Təşkilatçılar isə aksiyada 100 min etirazçının olduğunu elan ediblər. Kütləvi narazılığa səbəb hökumətə, Baş nazirin ətrafına və ailə üzvlərinə aid edilən korrupsiya qalmaqalları olub. Xalq Partiyasının lideri Alberto Nunes Feyxoo etirazçılar qarşısında çıxış edib. O, vətəndaşları demokratiya ilə hesablaşaraq seçki keçirməyə çağırıb. Partiya sədri vurğulayıb ki, indi yeni seçkilər keçirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə