...Bir sıra Ukrayna vətəndaşlarına mobil cihazlarından məlumatları sildikləri üçün Rusiyaya giriş qadağan edilib.
SİA-nın məlumatına görə, bu barədə “Komsomolskaya Pravda” mənbələrə istinadən yazır.
Qəzetin yazdığına görə, ekspertlər Rusiyaya daxil olmaq istəyən Ukrayna vətəndaşlarının qadcetlərini diqqətlə öyrənirlər.
Cihazlarla işləyərkən tez-tez müxtəlif məlumatların silinməsi əlamətlərini aşkar etmək mümkündür.
Xüsusilə, Rusiyaya daxil olmaq istəyən şəxslərdən biri sosial şəbəkədəki səhifələrindən 5 min fotoşəkil və videonu silib.
Və eyni zamanda bəzi kontaktların silindiyi də məlum olub.
...Bu faktlar sərhəd nəzarəti əməkdaşlarına belə qənaətə gəlməyə əsas verir ki, (Ukrayna vətəndaşının) əsl siyasi baxışları gizlədilir və o, Rusiya Federasiyasına daxil olarkən sərhəd nəzarətindən keçməyə əvvəlcədən hazırlaşıb..?
Bunu rusların hüquq-mühafizə orqanları qeyd ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə