Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb

ABŞ Prezidenti Donald Tramp körpüləri yandırmamaq üçün vitse-prezident Cey Di Vensə sahibkar İlon Maskı tənqid etməyi yasaqlayıb. SİA xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı Vensə “ictimai şəkildə özünü necə aparmasında diplomatik olmağı” məsləhət görüb, Mask və onun Trampla son mübahisəsi ilə bağlı sosial şəbəkələrdəki ifadələrini nəzərdə tutub.

“Tramp Vensin kəskin cavabının vəziyyəti gərginləşdirməsini istəmirdi – bu strategiya körpüləri yenidən qurmaq üçün imkan saxlayırdı”, – qəzet yazır.

Daha əvvəl bildirilmişdi ki, Ağ ev Trampı və Maskı dəstəkləyən yüksəkvəzifəli məmurlardan münaqişədə tərəf seçməyi tələb etməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə