Xarkov vilayətində partlayış baş verib...

Xarkov vilayətinin Çuquev şəhərində partlayış baş verib.

SİA xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Partlayışın yeri və səbəbi barədə məlumat verilmir.

Yerli hakimiyyət orqanları hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Bundan əvvəl Dövlət Dumasının deputatı Andrey Kolesnik bəyan etmişdi ki, Rusiya tərəfindən cümə günü, iyunun 6-na keçən gecə Ukraynanın kritik infrastrukturuna endirilən zərbələr hələ ki, Ukrayna Silahlı Qüvvələrinin hücumlarının və təxribatlarının artmasına cavab deyil.

...Xeyr, bu, yüngül sığallamadır, bu hələ cavab deyil. Cavab elə olacaq ki, hamı titrəsin. Bu, tutaq ki, müqəddimə idi.

Kolesnik deyib bunu.

Bundan əvvəl Çerniqovda kritik infrastruktur obyektinə ziyan dəydiyi məlum olub. Şəhərin mühüm infrastrukturunun su təchizatı nasos stansiyalarının enerji təchizatı dayandırılıb.

Bunu “Çerniqovvodokanal” şirkətindən bildiriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə