Rusiya qoşunları bu ərazini ələ keçirdi

Rusiya Silahlı Qüvvələrin Donetskin Fedorovka kəndini ələ keçirib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Fedorovka “Şərq” hərbi qrupunun bölmələri tərəfindən tutulub. Həftə ərzində rus qoşunları həmçinin Donetskin Redkodub və Novopol, Sumı vilayətində Alekseyevka, Andreyevka, Vodolaqi və Kondratovka yaşayış məntəqələrini də ələ keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə