Dünya futbolunun sabiq ulduzu, “İnter” (Mayami) klubunun sahibi Devid Bekhem “cəngavər” rütbəsi ilə təltif olunacaq. SİA xəbər verir ki, bununla bağlı “The Sun” qəzeti məlumat yayıb. Bildirilib ki, futbolçunun adı gələn həftə Kral III Çarlzın doğum günü münasibətilə paylanılacaq mükafat siyahısında yer alıb. Bekhem bu titul aldıqdan sonra o, “Sir” fəxri titulundan, həyat yoldaşı Viktoriya Bekhem isə “Ledi” titulundan istifadə edə biləcək. Qeyd edək ki, əslində Kral III Çarlzın ad günü noyabrın 14-dür, lakin 1748-ci ildən yaradılmış ənənəyə görə, dövlət başçısı rəsmi ad gününü yayda qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə