Türkiyədə sərnişin avtobusu aşdı - 1 ölü, 26 yaralı

Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində sərnişin avtobusu ağır qəza törədib. SİA “Habertürk”ə istinadən xəbər verir ki, Adana-Konya yolunun Ereğli qəsəbəsindən keçən hissəsində iritutumlu markalı avtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 26 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə