Mask Trampın impiçmentini istəyir

Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın impiçment edilməsi ideyasını dəstəkləyib. SİA xəbər verir ki, milyarder “X” sosial şəbəkəsində Trampın iqtidardan uzaqlaşdırılması və hakimiyyətin vitse-prezident Cey Di Vensə verilməsi ilə bağlı sualı olan paylaşımı repost edib. “Bəli”, - deyə Mask paylaşıma fikrini bildirib. O həmçinin Amerika iqtisadiyyatının “Trampın idxala tətbiq etdiyi rüsumlar səbəbindən ilin ikinci yarısında resessiyaya” uğrayacağını proqnozlaşdırıb. Qeyd edək ki, Tramp ilə Mask arasında açıq münaqişə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə