İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun cənub ətrafı Dahiya şəhərinə bir neçə bomba atıb. SİA xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb. Dahiyaya zərbələr endirilməsi ilə bağlı xəbərlərdən sonra İsrailin müdafiə naziri İsrael Katz şəhərə hava zərbələri endirildiyini təsdiqləyib. Katz "X" sosial şəbəkəsindəki səhifəsində yazıb: “Baş nazir Benyamin Netanyahu və mən bu axşam İsrail ordusuna Beyrutun Dahiya məhəlləsinin mərkəzində "Hizbullah" terror təşkilatı tərəfindən pilotsuz uçan aparatların istehsalı və saxlanması üçün istifadə edilən binalara hücum və dağıdılması əmri verdik”. O, həmçinin Livan hökumətini "Hizbullah"ın atəşkəsi pozmasının qarşısını ala bilməməkdə ittiham edib. Bundan əvvəl İsrail ordusu Livandakı "Hizbullah" bölməsinin komandirinin məhv edildiyi barədə məlumat yaymışdı. İsrail ordusunun məlumatına görə, hərəkatın raket bölməsinə rəhbərlik edən Məhəmməd Əli Camul Şakif bölgəsində öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə