Böyük Britaniyada bu ilin yanvarında özəl məktəblərdə oxuyan şagirdlərin sayı ötən illə müqayisədə 11 min nəfər azalıb. SİA BBC-yə istinadla xəbər verir ki, bu, təhsil haqlarına əlavə olunan 20 faizlik ƏDV-dən sonra baş verib.
Hazırda ölkədə 582 477 şagird özəl məktəblərdə təhsil alır ki, bu da əvvəlki ilə nisbətən 1,9 faiz azdır. Özəl məktəblər bunun səbəbi kimi artan xərclərin valideynlərə əlavə yük yaratmasını göstərir.
Hazırda özəl məktəb şagirdləri ümumi şagirdlərin 6,4 faizini təşkil edir. Bu göstərici ötən il 6,5 faiz idi.
Bütün xəbərlər Facebook səhifəmizdə