Tramp dünya liderlərindən rədd cavabı aldı

ABŞ Prezidenti Donald Tramp 48 saat ərzində dünya liderlərindən üç rədd cavabı alıb. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, söhbət Rusiya, Çin və İran liderlərindən gedir. Seçki kampaniyası zamanı Tramp məhz bu ölkələrlə müqavilələr bağlayacağına söz verib. Nəşr xatırladıb ki, Tramp Rusiya-Ukrayna müharibəsinə son qoyacağını, Çin sədri Si Cnpinlə ticarət razılaşması əldə edəcəyini və İranın nüvə proqramı ilə bağlı saziş bağlayacağını vəd eləsə də, bunları yerinə yetirə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə