Yəməndəki husi üsyançıları İsrailin paytaxtı Tel-Əvivdə Ben-Qurion aeroportu istiqamətində 2 PUA buraxıb. SİA xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya deyib. “Pilotsuz sistem qüvvələri iki PUA-dan istifadə etməklə işğal olunmuş Yaffa rayonunda (Təl-Əviv) Ben Qurion hava limanına hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə nail olub", - hərəkatın nümayəndəsi “Al Masirah” telekanalında bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə