“Tramp Putinə qəzəbləndi..?”

ABŞ prezidenti hesab edir ki, Kreml rəhbəri “tamamilə dəli olub”...

...Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlar heç bir sıçrayış olmadan başa çatıb: məhbus mübadiləsinə dair razılaşmaya baxmayaraq, Kreml Kiyevin tam təslim olmasını tələb etməkdə davam edir.

SİA-nın məlumatına görə, bunu CNN yazır.

Danışıqlar zamanı Rusiya Ukrayna tərəfinə ciddi tələbləri olan yeni memorandum təqdim edib: Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, NATO-ya üzv olmaqdan imtina, tam demilitarizasiya və xarici qoşunların yerləşdirilməsinə qadağa...

Və Ukrayna hökuməti bu şərtləri qəti şəkildə rədd edir.

...Kreml həmçinin sanksiyaların ləğvində, təzminatlardan imtinada, diplomatik və iqtisadi əlaqələrin tam bərpasında israrlıdır.

...Özü də bütün bunlar Moskvadan heç bir real güzəşt olmadan.

Putinin bu maksimalist mövqeləri həm də Donald Trampın imicinə zərbə oldu.

Ukraynada “tez sülh” strategiyasını ikinci müddətə əsas vəd kimi irəli sürən ABŞ prezidenti qəzəblənərək, Ukrayna şəhərlərinə etdiyi son kütləvi hücumlardan sonra Putinin tamamilə ağlını itirdiyini deyib.

...İstanbul danışıqlarının uğursuzluğu fonunda ABŞ Konqresində Rusiyaya qarşı yeni, “dağıdıcı” sanksiyalar təşəbbüsü geniş vüsət alır.

Onun müəlliflərindən biri, senator Riçard Blumental açıq şəkildə Kremli “Tramp və Amerikanı axmaq etmək” cəhdində ittiham edib.

Vəziyyət Tramp üçün ciddi problem yaradır: o, danışıqlarda israr etməkdə davam edəcək, yoxsa sərt addımlara əl atacaq? Nə bilmək olar, bəlkə də Kiyevə hərbi yardımı artıracaq?

...Vaşinqton etiraf edir ki, Ukraynadakı müharibənin gedişatı Trampın öz siyasi perspektivlərinə getdikcə daha çox təsir edir.

...Putinin növbəti dəfə sülh çağırışlarına güzəştsiz cavab verməsi indi Trampı hərəkətə keçməyə məcbur edə bilər.

Qəzet yazır bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə