Təbii fəlakətlərin vurduğu iqtisadi ziyanın real məbləği ehtimal olunandan azı 10 dəfə yüksəkdir. SİA xəbər verir ki, bu məlumat BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin son hesabatında yer alır. Sənəddə göstərilir ki, təbii fəlakətlər təhsil, daşınmaz əmlak və səhiyyə sektorlarına ciddi ziyan vurur.
Qurumun hesabatına görə, təbii fəlakətlərin bəşəriyyətə vurduğu illik iqtisadi ziyan təxminən 200 milyard dollardır. Bura zəlzələlər, daşqın və torpaq sürüşmələri daxildir.
Ofisin eksperti Jenti Kriş-Vud hesab edir ki, bu rəqəm təbii fəlakətlər nəticəsində ölkələrə dəyən ziyanın kiçik bir hissəsini əks etdirir. Hesablama zamanı bir qayda olaraq lokal xarakterli, insan ölümü ilə nəticələnməyən hallar nəzərə alınmır.
Bütün xəbərlər Facebook səhifəmizdə