Zelenski ukraynalıları hücum təhlükəsi barədə xəbərdar etdi

Ukrayna kəşfiyyatının məlumatlarına görə, hərbi aerodromlara qarşı genişmiqyaslı hücum əməliyyatından əvvəl Rusiya Ukraynanı növbəti dəfə kütləvi atəşə tutmağa hazırlaşırdı. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynaya hücum edən kamikadze dronlarının sayını hər həftə artırırır - ötən gecə Hava Qüvvələri təxminən 500 PUA hücumunu qeydə alıb. Bundan əlavə, Rusiya artıq dəniz daşıyıcılarında "Kaliber" tipli raketləri hazır vəziyyətə gətirib. Zelenski ukraynalıları hava həyəcanı siqnallarına laqeyd yanaşmamağa çağırıb: "Biz kiminlə qarşı-qarşıya olduğumuzu anlayırıq. Biz əlçatan bütün üsullarla özümüzü müdafiə edəcəyik. Biz bu müharibəni bir saniyə belə istəmədik. Biz ruslara atəşkəs təklif etdik. Martın 11-dən indiyədək masada Amerikanın tam, qeyd-şərtsiz atəşkəs barədə təklifi var".

Bütün xəbərlər Facebook səhifəmizdə