Türkiyənin Bingöl vilayətində bir həftə ərzində ikinci zəlzələ qeydə alınıb
Türkiyənin şərqində yerləşən Bingöl vilayətində iyunun 1-də 4,4 maqnitudalı zəlzələ baş verib. SİA Türkiyə hökuməti nəzdində Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yerli vaxtla saat 12:26-da qeydə alınan zəlzələnin episentri Kığı rayonunda yerləşib. Zəlzələnin ocağı 7,02 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, mayın 29-da bu vilayətdə 4,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə