Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü bildirib.
SİA xəbər verir ki, dövlət başçısının sözlərinə görə, söhbət zamanı o, Ukraynanın “ədalətli və davamlı sülh”ün bərqərar olması istiqamətində səylərini dəstəklədiklərinə görə Türkiyə rəhbərliyinə və onun prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Buraya İstanbulda Moskva və Kiyev arasında danışıqların təşkilinə yardım daxildir, bundan sonra münaqişə tərəfləri “1000-ə 1000” düsturuna əsasən əsirləri dəyişdiriblər.
...Biz diplomatik səyləri müzakirə etdik – bizim və tərəfdaşlarımızın.., – Zelenski yazıb.
Onun qeyd etdiyi kimi, Kiyev və Ankara Moskvadan atəşkəs şərtləri ilə bağlı memorandumun variantını hələ də almayıb. Bununla bağlı dövlət başçısı bəyan edib ki, Rusiya hakimiyyəti danışıqlar çərçivəsində növbəti mümkün görüşün “səmərəsiz” olmasını istəyir.
...Biz diplomatiyanın işləməsi üçün Türkiyə ilə etdiyimiz bütün işləri yüksək qiymətləndiririk. Biz Türkiyənin aydın mövqeyinə - Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl və tam dəstəyə görə minnətdarıq, - deyə Zelenski əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə