Makron Avropa-Sakit okean koalisiyasına çağırır

Fransa prezidenti Sinqapurda bəyanatla çıxış edib.

Fransa prezidenti Emmanuel Makron Avropa və Asiyanı regionda “məcburiyyət sferaları” yaratmağa çalışan böyük güclərə qarşı yeni ittifaq yaratmağa çağırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə France 24 məlumat yayıb.

Onun bəyanatı Sinqapurda keçirilən müdafiə və təhlükəsizlik məsələlərinə dair Şanqri-La Dialoq konfransında verilib.

...Biz təsir dairələri adı altında məcburiyyət sferaları tətbiq etmək istəyən revizionist ölkələrin çağırışı ilə qarşı-qarşıyayıq. İstər balıqçılıq, istərsə də mineral ehtiyatları mənimsəmək və öz mənfəətləri üçün başqalarını sıxışdırmaq istəyən ölkələr.

Bunu Makron bildirib.

O, “Avropa və Asiya arasında ortaq norma və prinsiplərimizə əsaslanan yeni ittifaqın yaradılmasına” çağırıb.

...Qoşulmama vaxtı, şübhəsiz ki, bitib, lakin fəaliyyət koalisiyalarının vaxtı çatıb – və birgə hərəkət etməyə qadir olan ölkələr bunun baş verməsi üçün lazımi şərait yaratmalıdırlar, - o deyib.

France 24-ün qeyd etdiyi kimi, Sinqapurda keçirilən illik forumda dünyanın müxtəlif ölkələrindən müdafiə nazirləri və rəsmilər iştirak edir və son illərdə bu tədbir ABŞ-Çin münasibətlərinin barometrinə çevrilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə