...Bu günə qədər dünyanın ən təhlükəli və zəhərli meduzası sayılan portuqaliyalı meduzası Vyetnamda rusiyalı turistin göz qapaqlarını yandırıb və az qala onu görmə qabiliyyətindən məhrum edib.
SİA xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Hadisənin Nha Tranqda baş verdiyi dəqiqləşdirilir - Semyon suyun altında dalış edərkən göz nahiyəsində yanma hiss edib. Turist suyun təsiri ola biləcəyini düşünüb və buna heç bir əhəmiyyət verməyib.
Lakin axşam saatlarında kişinin alnında yanıq izləri yaranıb, gözlərinin ətrafında qırmızı ləkələr əmələ gəlib.
Səhər isə onun üzü çox şişmişdi; hətta yanıq məlhəmləri və allergiya həbləri də kömək etməyib.
Rus kişi və arvadı xəstəxanaya gediblər və onlara bunun Portuqaliyalı meduzası dişləməsi olduğunu söyləyiblər. Həkimlərin təyin etdiyi müalicə səkkiz saatdan sonra şişkinliyi aradan qaldırmağa kömək edib.
Hazırda zərərçəkmiş özünü yaxşı hiss edir.
Arvadı isə əmindir ki, hadisə baş verən zaman ərinin gözləri bağlanmasaydı, görmə qabiliyyətini itirə bilərdi.
Daha əvvəl Phuket çimərliklərinə meduzaların hücumu videoya çəkilib. Xilasedicilər əmin ediblər ki, bu dəniz canlıları insanlar üçün təhlükəli deyil.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə