...Rusiya Daxili İşlər Nazirliyinin Kamçatka diyarı üzrə əməkdaşları 39 yaşlı Qırğızıstan vətəndaşının Rusiya vətəndaşlığına xitam vermək qərarına gəliblər. Ona 2020-ci ildə Rusiya pasportu verilib.
SİA-nın məlumatına görə, bu barədə vilayət polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
...Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları qadının Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradan, eyni zamanda cəmiyyətdə ictimai-siyasi sabitliyə mənfi təsir göstərən hərəkətlərə yol verməsi hallarını açıqlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin əməkdaşları qadına qəbul edilmiş qərar barədə məlumat veriblər və müvafiq bildirişlər verildikdən sonra Rusiya Federasiyası vətəndaşının pasportu müəyyən edilmiş qaydada götürülüb.
...Qırğızıstan vətəndaşı üç gün ərzində Rusiya Federasiyasının ərazisini tərk etməli olacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə