Husilər israilin hava limanı yenə vurdular

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Təl-Əvivin Ben Qurion hava limanına yeni hücum edib. SİA xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın "Telegram"kanalında dərc olunmuş məlumatda deyilir. Məlumatda hücumun hipersəs sürətli ballistik raket vasitəsilə həyata keçirildiyi bildirilib və “əməliyyatın məqsədinə nail olunduğu” qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə