Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur edilə bilər

ABŞ prezidentinin seçimi olmaya bilər..?

...ABŞ-da anti-Moskva mövqeyinin “şahin tərəfdarları” prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə məcbur edə bilər.

SİA-nın məlumatına görə, bu barədə NBC News xəbər verir.

Məqalədə deyilir ki,..Senatdakı Rusiya “şahinləri” yolunu tutsa və Rusiya ixracatının, o cümlədən neftin alıcılarına 500 faizlik rüsum tətbiq edən ikitərəfli qanun layihəsini qəbul etsə, onun seçimi qalmaya bilər.

...Reuters agentliyinin məlumatına görə, bir sıra Respublikaçı konqres qanunvericiləri və prezidentin müşavirləri Moskvaya qarşı sanksiyaların tətbiq edilməsini tələb edirlər.

Trampın sözlərinə görə, ABŞ administrasiyası anti-Rusiya sanksiyalarını sərtləşdirməyə hazırlaşmır, çünki Vaşinqton hələ də Moskva ilə iqtisadi tərəfdaşlığı inkişaf etdirməyə ümid edir.

Bununla belə, onun məyusluğu son vaxtlar "daha ciddiləşir".

Deməli, Reuters bunu prezidentin köməkçilərinə istinadən xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə