Putin Krımın Rusiyaya birləşdirilməsinin səbəbini açıqlayıb...

Rusiya prezidenti Vladimir Putin Krımın 2014-cü ildə Rusiyaya birləşdirilməsinin səbəbini açıqlayıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Videokonfrans vasitəsilə çoxuşaqlı ailələrlə görüşü zamanı Putin deyib ki, Krımın ilhaqı yerli sakinlərin Rusiyanın tərkibinə daxil olmaq istəyi ilə baş verib.

Eyni zamanda o, əlavə edib ki, Krım xalqının istəyini hiss etməsəydim, bunu heç vaxt etməzdim. Bütün baş verənlər, ilk növbədə, orada yaşayan insanların mövqeyi ilə bağlıdır. İnsanların öz tarixi vətənlərinə qayıtmaq istəyini və istəklərini görməsəydim və hiss etməsəydim, heç vaxt edilənləri etməzdim. Biz xalqın Rusiya Federasiyasına qayıtmaq istəyini həyata keçirirdik ki, bu, əslində, onların qərarı ilə baş verdi...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə