...Çinin “Tiandu-1” peyki Yerin və Ayın rezonans orbitinə buraxılıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb. Kosmik gəmi manevri mayın 22-də başa vurub, bundan sonra bir həftə ərzində "Yer və Ay arasında 3:1 rezonanslı orbitdə" yerləşdirilən uçuş sınaqlarından keçib.
Bu orbit nisbətən az enerji sərfiyyatı ilə peykə öz mövqeyini saxlamağa imkan verir.
SİA-nın məlumatına görə, 2024-cü ilin fevralında SpaceNews xəbər verdi ki, Çin, qarşıdan gələn Chang'e Ay missiyalarını dəstəkləmək üçün istifadə ediləcək Queqiao-2 relay peyki ilə birlikdə “Tiandu-1” və “Tiandu-2” cütünü Aya göndərməyi planlaşdırır.
Çin tərəfi “Tiandu-1” və “Tiandu-2”nin köməyi ilə bir sıra naviqasiya və rabitə təcrübələri keçirməyə, xüsusən də Ay ilə Yer arasında lazer və mikrodalğalı yerləşdirmə üsullarını sınaqdan keçirməyə ümid edir.
Kosmik gəminin əsas məqsədi Queqiao (“Magpie Bridge”) qrupunun yerləşdirilməsi zamanı gələcəkdə istifadə edilməsi planlaşdırılan texnologiyaların sınaqdan keçirilməsidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə