Fransa parlamentinin aşağı palatası evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, bu barədə “France-24” məlumat yayıb. Bildirilib ki, qanun layihəsi 305 lehinə və 199 əleyhinə səslə təsdiqlənib. Sənəd bundan sonra parlamentin yuxarı palatasında müzakirə olunacaq. Məlumata görə, evtanaziyadan yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər. Fransa səhiyyə naziri Ketrin Votrin qanun layihəsinin 2027-ci il prezident seçkilərinə qədər qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, hazırda evtanaziya Kanada, Belçika, Portuqaliya, İspaniyada, Lüksemburq və Niderlandda qanunidir.
Bütün xəbərlər Facebook səhifəmizdə