ABŞ-dan Ukrayna ilə bağlı çağırış

Ukrayna münaqişəsinin tərəfləri gərginliyin daha da artmasına yol verməməli və sülh yolu ilə nizamlanması üçün danışıqlar aparmalıdırlar. SİA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus deyib. "Biz tərəfləri təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırırıq. Biz Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləməyə davam edirik. Prezident Donald Tramp ədalətli, davamlı sülhə gətirib çıxaracaq istənilən mexanizmi dəstəkləyir", - Bryus qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə