Zelenski Berlinə gedir: Spiegel detalları açıqlayır...

Ukrayna prezidenti Almaniyada Merz və Ştaynmayerlə görüşəcək...

...Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü Berlinə səfər edəcək və burada Almaniya kansleri Fridrix Merzlə görüşəcək.

SİA-nın məlumatına görə, bunu Spiegel yazır.

Nəşrin məlumatına görə, onlar Ukrayna və Rusiya arasında gələcək texniki danışıqlar üçün mümkün addımları, eləcə də Moskvaya təzyiqi artırmaq məqsədi daşıyan Avropa İtrtifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi planlarını müzakirə edəcəklər.

Bundan əlavə, məqalədə deyilir ki, Zelenski Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə də görüşəcək.

Nəşrin yazdığı kimi, pərdə arxasında hər iki ölkənin liderləri, yəqin ki, Ukraynaya gələcək hərbi dəstəyi də müzakirə edəcəklər.

Almaniyanın yeni hökuməti açıq şəkildə əvvəlki kimi silah tədarükü haqqında danışmaq istəmir, lakin pərdə arxasında Almaniyanın Ukrayna müdafiə sənayesinə uzaq mənzilli silahların istehsalında necə kömək edə biləcəyindən danışılır.

Spiegel belə yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə