Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Baş direktoru Emmanuel Subeyran qurumun 92-ci Baş Sessiyasında iştirak edəcək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, ÜHST-nin mənzil-qərargahında keçirilən görüşdə AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva ölkəmizdə heyvan sağlamlığı sahəsində görülən tədbirlər haqqında məlumat verib, Azərbaycanda heyvan sağlamlığı və rifahı üçün həyata keçirilən tədbirlərdən danışıblar.
Tərəflər ÜHST-nin İcraiyyə Nəzarət Komitəsinin üzvü seçilmiş Azərbaycanın regional komissiyanın vitse-prezidenti seçilməsindən söz açıblar. Ölkəmizin heyvan sağlamlığı və rifahı üçün həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.
Görüşdə qlobal problem olan quduzluğa qarşı Azərbaycanda görülən tədbirlər yüksək qiymətləndirilərək ölkəmizin təcrübəsinin beynəlxalq səviyyədə bölüşdürülməsinin vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycandakı nəzarət və diaqnostika potensialının mövcudluğu, eləcə də ondan istifadə edilməsi xüsusi vurğulanıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri təkilflərini təqdim edib və bu təkliflər yüksək qiymətləndirilib. ÜHST-nin yeniliklərə ehtiyacı olduğu qeyd edilib. Regional aktivliyin yüksəldilməsi, ehtiyacların nəzərə alınması kimi təkliflərdə müsbət qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə