Rusiya Ukraynadakı müharibənin nizamlanmasına dair qondarma “memorandum” çərçivəsindəki inkişafları “yaxın günlərdə” Kiyevə ötürəcək.
SİA-nın məlumatına görə, UNİAN Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.
Onun sözlərinə görə, Rusiya təkliflərinin hazırlanması tamamlanmaq üzrədir: "Memorandum üzərində iş gedir, birincisi, bəli, son mərhələdədir. İkincisi, mən Rusiya ilə bağlı müvafiq hadisələrin yaxın günlərdə qarşı tərəfə ötürüləcəyini gözləyirəm. Bu məlumat məndə var".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Kreml lideri Vladimir Putin arasında mayın 19-da baş tutan telefon danışığından sonra Rusiya gələcək sülh müqaviləsinin prinsipləri ilə bağlı “memorandum”un hazırlandığını və onun təsdiq olunması üçün Ukraynaya təklif ediləcəyini açıqlamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə