Mərkəzi Bank dolların məzənnəsini aşağı salıb

Mərkəzi Bankın (MB) rəhbərliyi dolların rəsmi məzənnəsini aşağı salıb.

SİA-nın məlumatına görə, bunu Rusiya tənzimləyicisinin saytında dərc olunan məlumatlar sübut edir.

Mayın 24-26-da Amerika valyutasının kotirovkaları 79,71 rubl təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, cümə axşamı, mayın 23-də dolların rəsmi məzənnəsi 79,74 rubl təşkil edib.

Beləliklə, tənzimləyici dünya ehtiyat valyutasının kotirovkalarını təxminən 3 qəpik aşağı salıb. Avronun rəsmi məzənnəsi isə əksinə, 32 qəpik – 90,2-dən 90,52 rubla qaldırılıb.

Çin yuanının məzənnəsi isə öz növbəsində 7 qəpik artaraq 11,01 rubldan 11,08 rubla yüksəlib.

Rublun dollara nisbətdə möhkəmlənməsinin davam etməsinə baxmayaraq, bir sıra ekspertlər bu valyuta cütlüyündə belə dinamikanın uzun sürməyəcəyini düşünürlər.

VTB sədrinin birinci müavini Dmitri Pianov 2025-ci ilin sonuna qədər Amerika valyutasının məzənnəsinin 100 rubl səviyyəsinə yaxınlaşacağını proqnozlaşdırır.

Qazprombank-ın İqtisadi Proqnozlaşdırma Mərkəzinin baş analitiki Daria Tarasenko da öz növbəsində hesab edir ki, dolların məzənnəsi psixoloji həddi erkən keçə biləcək. Buna Rusiyanın ixrac məhsullarının, o cümlədən neftin əsas növləri üzrə qiymətlərin gözlənilən azalması xeyli dərəcədə kömək edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə