Rusiyaya uçan təyyarə Gürcüstan üzərində SOS siqnalı verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Vnukovoya uçan "Rusjet" təyyarəsi Gürcüstan üzərində SOS siqnalı verib.
Təyyarənin Türkiyənin Dalaman şəhərindən Moskvaya uçuş həyata keçirdiyi bildirilib.
Məlumata görə, təyyarə bu gün səhər Moskvadan Türkiyəyə uçub və geri qayıdarkən siqnal verib.
Bütün xəbərlər Facebook səhifəmizdə