İran ABŞ-a “yeni Vyetnam və Əfqanıstanı” verməklə hədələyir

...Birləşmiş Ştatlar Yaxın Şərqdəki "qəzəblərini" dayandırmasa, "yeni Vyetnam və Əfqanıstan"la nəticələnə bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə cümə günü, mayın 23-də İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Tehran Vaşinqtonun bu ölkələrin nəhəng kapitalının milyardlarla dollarını talamaq məqsədi ilə Yaxın Şərq dövlətlərinin suveren işlərinə qarışmasından narazılığını bildirib.

İRNA xəbər verir ki, İran ordusunun Baş Qərargahı “İranofobiya”nı ABŞ-ın çoxdankı layihəsi adlandırıb və xəbərdarlıq edib ki, bu, Amerika hakimiyyətinin təhdidlərini və ya “səhv hərəkətlərini” cavabsız qoymayacaq.

Qeyd edək ki, Tehranın Vaşinqtonla münasibətlərindəki son gərginlik mart ayında prezident Donald Trampın İranın ali dini liderinə İranın nüvə proqramı ilə bağlı razılaşma təklif etməsi və əks halda hərbi reaksiya ilə hədələməsi ilə başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva İran İslam Respublikasının qanuni maraqlarını nəzərə alan razılaşmaları tam dəstəkləyir və Tehran və Vaşinqton arasında danışıqların asanlaşdırılmasını təklif edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə