Rusiya Silahlı Qüvvələri Ukraynanın müdafiə sənayesi müəssisəsinə və muzdluların müvəqqəti yerləşdirilmə məntəqələrinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, Rusiya qoşunları 138 rayonda təyyarə təmiri sexini, hərbi aerodrom infrastruktur obyektlərini, hava hücumundan müdafiə radiolokasiya stansiyalarını, raket və artilleriya silahları və dron anbarlarını, habelə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin müvəqqəti yerləşdirmə məntəqələrini vurub. Zərbələr Rusiya Silahlı Qüvvələrinin döyüş təyyarələri, hücum pilotsuz uçan aparatları, raket qüvvələri və artilleriyası tərəfindən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə