...Ukraynada üç ildən çox davam edən müharibə zamanı ən azı 49 mindən artıq rusiyalı Rusiya ordusundan qaçıb.
SİA xəbər verir ki, bu barədə “İmportant Stories” nəşri əvvəllər dərc olunmuş məlumatların araşdırmasına əsaslanaraq məlumat verib.
Qeyd olunur ki, bu rəqəmi bir neçə diviziyadan ibarət ordu korpusunun ölçüsü ilə müqayisə etmək olar.
Söhbət fərari kimi tanınan və ya bölmələrini icazəsiz tərk edən və eləcə də iki mənbədə adları qeyd olunan Rusiya hərbçilərindən gedir.
Birincisi, 2024-cü ilin dekabrında “DPR-nin səfərbərliyi” Telegram kanalının öz mənbəsindən əldə etdiyi məlumatlara əsaslanaraq dərc etdiyi 26 mindən çox rusun siyahısıdır. İkincisi, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nəzarətində olan “Mən yaşamaq istəyirəm” layihəsinin mart ayında dərc edilmiş fərarilər haqqında məlumat bazasıdır (...məlumatın Rusiya Federasiyasının hərbi rayonlarından birinin komandanlığındakı mənbə tərəfindən verildiyi iddia edilir – A.B.).
Rusiyada fərarilik və xüsusi əməliyyatlarla bağlı cinayət işlərində iştirak edən 36 min şəxsin adı var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə