Avropa liderləri Trampın Putinlə telefon danışığı barədə nə deyirlər?

Bəzi detallar açıqlanır...

...İtaliya, Almaniya, Finlandiya liderləri və Avropa Komissiyasının sədri mayın 19-da axşam ABŞ prezidenti Donald Trampla onun Rusiya lideri Vladimir Putinlə telefon danışığını müzakirə ediblər.

Almaniya kansleri Fridrix Merz özünün X səhifəsində ictimaiyyəti əmin edib ki, o, Ukraynaya yardım göstərməyə və eləcə də onun başlatdığı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək.

...Avropa və Amerika burada çox birləşib: Biz Ukraynanı atəşkəsə gedən yolda yaxından müşayiət edəcəyik. Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq. Putinlə danışıqlardan sonra ABŞ prezidenti ilə bu barədə razılığa gəldik.

SİA-nın məlumatına görə, bunu Fridrix Merz yazıb.

Onun ofisi daha sonra aydınlaşdırıb ki, ABŞ prezidenti və avropalı tərəfdaşlar söhbət zamanı növbəti addımlar barədə razılığa gəliblər. Onlar danışıqlar prosesini yaxından əlaqələndirmək və daha bir texniki görüşün keçirilməsinə səy göstərmək barədə razılılaşıblar...

Avropalı iştirakçılar sanksiyalar vasitəsilə Rusiya tərəfinə təzyiqi artırdıqlarını bəyan ediblər.

Daha sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsi vasitəsilə Trampa Ukraynada atəşkəsə nail olmaq üçün yorulmaz səylərinə görə təşəkkür edib.

...ABŞ-ın bu prosesdə iştirakını davam etdirməsi vacibdir. Biz Ukraynada davamlı sülhün əldə edilməsində Vladimir

...Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, liderlər Ukrayna və Rusiya arasında sülh danışıqları, atəşkəs və ədalətli və davamlı sülhə doğru addımları müzakirə ediblər. ABŞ və Avropa arasında sıx koordinasiyanın davam etdirilməsi vacibdir. Finlandiya Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir, - Stubb öz səhifəsində əmin edib.

...İtaliyanın baş naziri Giorgia Meloni bildirib ki, dünya liderləri tərəflər arasında mümkün qədər tez atəşkəsə gətirib çıxara biləcək və Ukraynada ədalətli və davamlı sülhə şərait yarada biləcək danışıqlara dərhal başlamağa çalışırlar. ...Bununla əlaqədar olaraq, Müqəddəs Atanın (Papa XIV Leo – A.B.) Vatikanda danışıqlar aparmağa hazır olması müsbət qiymətləndirilib, İtaliya təmasların asanlaşdırılmasına və sülhün bərqərar olması istiqamətində fəaliyyətə töhfə verməyə hazırdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə